TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Osman Mesten

Osman Mesten

Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri

Hüquqşünas. İstanbul Universitetinin hüquq fakültəsini bitirib.

Milli Gənclər Fondunun və Rifah Partiyasının Gənclər qolunun tələbə nümayəndəsi vəzifələrində çalışıb. Daha sonra Milli gənclik vəqfi İstanbul İl İdarə heyətinin üzvü və İl başçı köməkçisi, Fəzilət Partiyası Eminönü İlçe idarə heyətinin üzvü vəzifələrində çalışıb. Bursa İHH-nin Qurucu sədri və Türkiyə Yazarlar Birliyinin Bursa Şöbəsinin İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Süleyman Çələbi Dərnəyi və Yeddi Aypara Dərnəyi Bursa Şöbəsinin təsis komitələrində çalışıb.

1 noyabr 2015-ci ildə 26-cı çağırış Bursa millət vəkili seçilib. Bu müddət ərzində o, Müraciət Komissiyasının üzvü kimi fəaliyyət göstərib. O, 24 iyun 2018-ci ildə 27-ci çağırış Bursa millət vəkili seçilib və bu müddət ərzində Türkiyə-Özbəkistan Parlamentlərarası dostluq qrupunun sədri vəzifəsində çalışıb. 14 may 2023-cü ildə 28-ci çağırış Bursa millət vəkili seçilib. O, Konstitusiya Komissiyasının mətbuat katibi seçilib.

Ərəb və ingilis dillərini bilir.