TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ömer Faruk Gergerlioğlu

Ömer Faruk Gergerlioğlu

Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü

Tibb elmləri doktoru. Bursa İmam-Hatip Liseyini və Anadolu Universiteti Tibb Fakültəsini bitirib. İstanbul Süreyyapaşa Sinə Xəstəxanasında sinə xəstəlikləri və vərəm üzrə ixtisaslaşıb. 2000-ci ildən İzmit Seka Dövlət Xəstəxanasında mütəxəssis olaraq çalışır.

MAZLUMDER (İnsan Haqları və Məzlumların Həmrəyliyi Dərnəyi) Kocaeli Şöbəsinin başçısı, daha sonra isə Ümumi başçı vəzifələrində çalışıb. Müxtəlif Qeyri-Hökumət Təşkilatlarında və platformalarında fəal vəzifələrdə olub. Yerli və milli media qurumlarında insan haqları və siyasətlə bağlı məqalələri dərc olunub.

24 iyun 2018-ci ildə iyirmi yeddinci çağırış TBMM-nin Kocaeli millət vəkili seçilib. 14 may 2023-cü ildə iyirmi səkkizinci çağırış Kocaeli millət vəkili və Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin üzvü seçilib.

İngilis və ərəb dili orta səviyyədə bilir.