TURKPA

TÜRKPA-nyň işi hakynda maglumat almak üçin bizi sosial ulgamlarda yzarlaň

TÜRKPA-nyň işi hakynda maglumat almak üçin bizi sosial ulgamlarda yzarlaň

Sosial ulgam
Marlen Mamataliev

Marlen Mamataliev

Chair of the Jogorku Kenesh of the Kyrgyz Republic
Head of the TURKPA Kyrgyz National Delegation

Marlen Mamataliyev 24 mart 1981-ci il tarixində Bişkek şəhərində anadan olub.

Təhsili:

1998-2002-ci illər – İ.Razzakov adına Qırğız Texniki Universiteti, İnformasiya Texnologiyaları fakültəsi, “Avtomatlaşdırma və idarəetmə” ixtisası, bakalavriat səviyyəsi;

2002-2003-cü illər – İ.Razzakov adına Qırğız Texniki Universiteti, İnformasiya Texnologiyaları fakültəsi, “Texniki sistemlərdə avtomatlaşdırma və idarəetmə” ixtisası magistratura səviyyəsi;

2009-2010-cu illər – Qırğız İqtisad Universiteti, "Maliyyə və kredit" ixtisası;

2011-ci il – Sinqapur Dövlət Qulluğu Kolleci, "Dövlət Xidmətində İnsan Resurslarının İdarə Edilməsi";

2019-2023-cü illər – İ.Razzakov adına Qırğız Texniki Universiteti, Nəqliyyat və Robototexnika İnstitutu, Avtomatika, Robototexnika və Mexatronika şöbəsi aspirantura pilləsi. Texnika elmləri namizədi;

2024-cü il – Qırğız İqtisad Universiteti, Doktorantura səviyyəsi, İqtisadiyyat;

2024-cü il –  J. Balasağın adına Qırğız Milli Universiteti, Hüquq üzrə bakalavriat səviyyəsi (Mülki hüquq fəaliyyəti);

2024-cü il – Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası (RANEPA) – “Dövlət idarəçiliyi üzrə magistr.

Əmək fəaliyyəti:

2003–2006-cı illər – Qırğız Respublikasının Sosial Fondunun İnformasiya Sistemləri Şöbəsinin müdiri, Şöbə müdirinin müavini – Proqram təminatı bölməsinin rəhbəri, Proqram təminatı bölməsinin baş mütəxəssisi, aparıcı mütəxəssisi və mütəxəssisi;

2006–2008-ci illər – Qırğız Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyinin İnformasiya təminatı idarəsinin rəisi;

may - dekabr 2008-ci il – Qırğız Respublikasının maliyyə nazirinin köməkçisi;

2007–2009-cu illər – Qırğız Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Təşkilati-kadr işi və maliyyə təminatı üzrə Baş idarənin rəisi, nazirin müşaviri və nazirin köməkçisi;

2009–2010-cu illər – Qırğız Respublikası Baş nazirinin birinci müavininin müşaviri;

avqust – noyabr 2010-cu il – “Ar-Namıs” siyasi partiyasının Aparat rəhbəri;

2010–2011-ci illər – Qırğız Respublikasının Joqorku Keneşinin “Ar-Namıs” parlament fraksiyasının Katibliyinin rəhbəri;

2011–2012-ci illər – İqtisadi Tənzimləmə Nazirliyinin şöbəsinin dövlət katibi və idarə rəisi;

2012-ci il – Qırğız Respublikası Hökumətində Real sektor şöbəsinin müdiri;

2013–2016-cı illər – “SU-12” QSC-nin İdarə Heyətinin sədri;

2016–2018-ci illər – “Allor Stroy Service” QSC-nin baş direktoru və “Asia Mall”ın baş direktoru;

2018–2021-ci illər – Qırğız Respublikasının Joqorku Keneşinin VI çağırış deputatı, Büdcə və maliyyə komitəsinin üzvü;

2021-ci ildən – Qırğızıstan Respublikasının Joqorku Keneşinin VII çağırış deputatı, “IntImak” parlament fraksiyasının rəhbəri, Joqorku Keneşin Büdcə, iqtisadi və fiskal siyasət komitəsinin üzvü;

30 noyabr 2025-ci il – Qırğız Respublikasının Joqorku Keneşinin VIII çağırış deputatı;

12 fevral 2026-cı il – Qırğız Respublikasının Joqorku Keneşinin VIII çağırışının sədri.

Təltifləri:

“Qırğız Respublikasının Sosial Fondunun Əlaçısı” fəxri adı;

“Qırğız Respublikasının Maliyyə-İqtisadi Xidmətinin Əlaçısı” fəxri adı;

“Ticarət və İqtisadi İşin Əlaçısı” fəxri adı;

Qırğız Respublikasının Baş nazirinin xüsusi saatı;

Qırğız Respublikası Hökumətinin Fəxri Fərmanı;

Qırğız Respublikasının Joqorku Keneşinin Fəxri Fərmanı;

Qırğız Respublikasının Fəxri Fərmanı;

Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyinin Fəxri Fərmanı;

Qırğızıstan Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin Fəxri Fərmanı;

Qırğız Respublikasının Əqli Mülkiyyət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin Fəxri Fərmanı;

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının “MDB PA. 30 il” medalı”;

Qırğız Respublikasının Baş Prokurorluğunun “Hüququn aliliyinin möhkəmləndirilməsinə töhfəyə görə” medalı;

Leylek Rayon Dövlət Administrasiyasının Təşəkkür məktubu;

Qırğız Respublikasının Karlar İdman Hərəkatının Prezidenti tərəfindən Təşəkkür məktubu;

Sahibkarlıq Assosiasiyasının Təşəkkür məktubu;

Bazar-Korgon rayonunun Arstanbap kənd ərazi icmasının Fəxri vətəndaşı;

Bişkek Sambo Federasiyasının prezidenti.

Dövlət qulluğunun 2-ci dərəcə dövlət müşaviri