Mahmut Rıdvan Nazırlı
Türkiyə Böyük Millət Məclisinin deputatıTÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü
Biznes idarəçisi. Səlcuq Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin İqtisadiyyat bölməsini bitirib.
Özəl sektorda müxtəlif səviyyələrdə baş menecer vəzifəsində çalışıb. 2016-cı ildə öz şirkətini yaradıb və tikinti sektorunda fəaliyyət göstərib.
2010-2012-ci illər arasında Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankara Gənclik Qolunun sədr müavini və sədri olaraq Siyasi və Hüquqi Məsələlər üzrə məsul vəzifələrdə çalışmışdır. Sonrakı iki ildə (2012-2014) AK Partiya Ümumi Mərkəzində Gənclik Qolları İctimai əlaqələr rəhbəri və 2021-2023 illəri arasında isə AK Partiya İstanbul İl Başçı köməkçisi olaraq Xarici Əlaqələr Başçısı vəzifələrində çalışıb.
14 may 2023-cü ildə iyirmi səkkizinci çağırış TBMM-nin Elazığ millət vəkili seçilib. TBMM-də Xarici əlaqələr komitəsinin üzvü, eyni zamanda NATO Parlament Assambleyasının üzvü və Türkiyə-Ekvador Parlamentlərarası Dostluq qrupunun Təsisçilər Şurasının sədridir. İngilis dilində sərbəst danışır.