TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Mahmut Özer

Mahmut Özer

Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü

Elektrik və elektronika üzrə magistr dərəcəsi alıb. İstanbul Texniki Universiteti, elektronika və kommunikasiya mühəndisliyi fakültəsini bitirib. Karadeniz Texniki Universiteti, Elmlər institutunda elektrik mühəndisliyi və elektronika fakültəsində magistr və elmlər doktoru dərəcələrini başa vurub. Hava limanları Dövlət İdarəsinin baş direktoru, Dalaman hava limanının elektron mühəndisi, Qazi Osmanpaşa Universitetinin müəllimi, Zonguldak Karaelmas Universitetinin Mühəndislik fakültəsinin müəllimi, elektrik mühəndisliyi və elektronika kafedrası, iki dövr ərzində Zonguldak Bülent Ecevit Universitetinin rektoru vəzifələrində çaışıb.

Universitetlərarası Şuranın sədri, Direktorlar Şurasının üzvü və peşə ixtisasları İdarəsinin sədr müavini, Türkiyə Standartlar İnstitutunun Baş Assambleyasının üzvü, kadrların qiymətləndirilməsi, seçilməsi və yerləşdirilməsi Mərkəzinin prezidenti, Milli Təhsil Nazirliyinin nazir müavini və Milli Təhsil Naziri vəzifələrini icra edib.

14 may 2023-cü ildə iyirmi səkkizinci çağırış Ordu millət vəkili və təhsil, mədəniyyət, gənclər və idman üzrə Milli Komissiyanın sədri seçilib.

İngilis dilini yaxşı, ərəb və fransız dillərini orta səviyyədə bilir.