Kadir Yaman
Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi2003-cü ildə Boğaziçi Universitetini Elm və incəsənət fakültəsinin Tarix ixtisası, 2017-ci ildə İstanbul Universitetini İqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi ixtisası üzrə bitirib. İstanbul Bilgi Universitetini tam təqaüdlə bitirib və Hüquq ixtisası üzrə magistr elmi dərəcəsini alıb. Hal-hazırda İstanbul Mədəniyyət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin Rəsmi inkişaf yardımı üzrə doktorantura təhsilini davam etdirir.2004-cü ildə beynəlxalq ticarət sahəsində başladığı peşəkar karyerası ərzində Türkiyənin tanınmış şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Qeyri-Hökumət Təşkilatlarında (QHT) könüllü və peşəkar olaraq bir sıra vəzifələrdə və Türk Qızıl Aypara Cəmiyyətinin İstanbul filialında şöbə müdiri vəzifəsində çalışıb.Onun resenziyalı jurnallarda dərc edilmiş bir çox araşdırması vardır.TÜRKPA-nın 11-ci plenar iclasında seçildikdən sonra 26 dekabr 2022-ci ildən Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi vəzifəsində işləyir.
- Email ünvanı kadir@turkpa.org
- Telefon nömrəsi +994 12 563 58 32