Kadim Durmaz
Türkiyə Böyük Millət Məclisinin deputatıTÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü
Müəllim-iş adamı; Tokat pedaqoji məktəbinin məzunu.
10 illik müəllimlik işindən sonra özəl sektora keçib. 33 il ərzində Korporativ Menecer kimi ticarət fəaliyyətini davam etdirib.
SODEP üzvü olub, SHP ilə CHP-nin birləşməsi dövründə İl sədr müavini, 1995-1999-cu illərdə CHP Tokat İl sədri vəzifələrində çalışıb. O, 2 dövr CHP Konqres Nümayəndəsi vəzifəsində çalışıb.
Durmaz ADD, Əziz Nesin Vəqfi, Uğur Mumcu Jurnalistika Araşdırmaları Vəqfi, Təbii Həyatı Qoruma Vəqfi, TEMA Vəqfi, Türkiyə Əlillər Dərnəyi, Tokat Şəhər Şurası, TESKAD, Türkiyə Xeyriyyəsevərlər Dərnəyi, Tokat Mədəniyyət və İncəsənət Dərnəyinin üzvüdür.
1 noyabr 2015-ci ildə 26-cı çağırış Tokat millət vəkili seçilib. Bu müddət ərzində o, Plan Büdcə Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 24 iyun 2018-ci ildə 27-ci, 14 may 2023-cü ildə isə 28-ci çağırış Tokat millət vəkili seçilib.