TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın Beynəlxalq Seçki Müşahidə Missiyası Astanada siyasi partiyaların nümayəndələri ilə görüşüb

TÜRKPA-nın Beynəlxalq Seçki Müşahidə Missiyası Astanada siyasi partiyaların nümayəndələri ilə görüşüb

Tarix
Baxış
327

20 avqust 2026-cı il tarixində Qazaxıstan Respublikasında 23 avqust tarixində keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin qısamüddətli müşahidə proqramı çərçivəsində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Osman Mestenin rəhbərliyi ilə Beynəlxalq Seçki Müşahidə Missiyasının Astana qrupu siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirib.

Nümayəndə heyəti Qazaxıstanın “Ak Jol” Demokratik Partiyası, “Baytaq Qazaxıstan” Yaşıllar Partiyası, “Auıl” Partiyası, Qazaxıstan Xalq Partiyası, “Respublika” Partiyası və “Ədilet” Partiyasının nümayəndələri ilə görüşüb.

Görüşlər zamanı siyasi partiyaların nümayəndələri Missiyaya seçki prosesində iştirakları, təşviqat kampaniyası çərçivəsindəki fəaliyyətləri, habelə qarşıdan gələn parlament seçkilərinə hazırlıqlarla bağlı qiymətləndirmələri barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı seçki prosesi ilə bağlı bir sıra məsələlər, o cümlədən siyasi partiyaların iştirakı, seçkiqabağı təşviqatın aparılması və seçki günü ilə bağlı hazırlıqlar müzakirə olunub.