TÜRKPA müşahidəçiləri Almatı şəhərinin Ərazi Seçki Komissiyasının sədri ilə görüşüblər
313
21 avqust 2026-cı ildə TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının Almatı qrupu 23 avqust 2026-cı il tarixinə təyin edilmiş Qazaxıstanda parlament seçkilərinin qısamüddətli müşahidəsinin bir hissəsi kimi Almatı şəhərinin Ərazi Seçki Komissiyasının sədri xanım Aygül Kalıkova ilə görüşüblər.
Xanım Aygül Kalıkova Missiya üzvlərini salamlayaraq, seçkilərə hazırlıqlara dair məlumat verib. O, qarşıdan gələn parlament seçkilərində Almatı şəhərində səsvermənin 670 seçki məntəqəsində həyata keçiriləcəyini bildirib. Xanım Kalıkova Missiya üzvlərinin seçki prosesinə dair suallarını cavablandırıb.
Missiya üzvləri qardaş Qazaxıstan xalqının xeyrinə parlament seçkilərinin keçirilməsində uğurlar arzulayıblar.
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının Almatı qrupunun tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Hikmət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin deputatı cənab Ulukbek Karıbek Uulu, Türkiyə Böyük Millət Məclisinin deputatı xanım Filiz Kılıç, TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən cənab Bektur Bazakeçov, TÜRKPA-nın komissiya katibi cənab Kadir Yaman, TÜRKPA Beynəlxalq Katibliyinin hüquq məsələləri üzrə mütəxəssisi cənab Azər Məmmədov və nümayəndə heyəti katibi, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşı cənab Yunus Emre Ünal daxildir.