TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Astanada səsvermə prosesini müşahidə edib

TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Astanada səsvermə prosesini müşahidə edib

Tarix
Baxış
153

23 avqust 2026-cı il tarixində Qazaxıstan Respublikasında parlament seçkiləri günü TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü cənab Osman Mestenin rəhbərliyi ilə TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının Astana Qrupu Astana şəhərində səsvermə prosesini müşahidə edib.

Missiya üzvləri saat 07:00-da səsvermə məntəqələrinin açılışını izləyib və seçki günü ərzində saat 20:00-da səsvermənin başa çatmasına qədər müxtəlif səsvermə məntəqələrində olublar. Missiya üzvləri həmçinin səsvermə məntəqələrində səslərin sayılmasını da müşahidə ediblər.

TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qazaxıstanın Astana və Almatı şəhərlərində seçkilərin müşahidəsini həyata keçirib.