TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Almatıda səsvermə prosesini müşahidə edir
Tarix
Baxış
225
23 avqust 2026-cı il — Qazaxıstan Respublikasında parlament seçkiləri günü TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının Almatı qrupu Almatı şəhərində səsvermə prosesini müşahidə edir.
Missiya üzvləri saat 07:00-da seçki məntəqəsinin açılışını müşahidə etdilər və seçki günü boyunca saat 20:00-da səsvermənin bitməsinədək seçki məntəqələrini ziyarət etməyə davam edəcəklər.
Missiyanın üzvləri həmçinin media üçün brifinqə qatılaraq, öz müşahidə fəaliyyətlərinə dair məlumat veriblər.
Missiya üzvləri seçki məntəqəsində səslərin sayılmasını da müşahidə edəcəklər.
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qazaxıstanın Astana və Almatı şəhərlərində seçkilərin müşahidəsini həyata keçirir.