TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Gənc Parlamentarilərinin beynəlxalq konfransı çərçivəsində panel sessiyaları keçirilib

TÜRKPA Gənc Parlamentarilərinin beynəlxalq konfransı çərçivəsində panel sessiyaları keçirilib

Tarix
Baxış
824

12 noyabr 2026-cı il tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Gənc Parlamentarilərinin Görüşü çərçivəsində panel sessiyalar keçirilib. Panel sessiyalarda “Gənc parlamentarilərin gözü ilə türk dünyası gənclərinin əhəmiyyəti”, “Türk dünyasına baxış – 2040 və gənclərin rolu” və “Türkiyənin təqaüdçi məzunlarının karyera yolları” mövzuları üzrə müzakirələr aparılıb.

Panel sessiyalarda TÜRKPA üzv dövlətlərinin parlamentariləri, o cümlədən  Emre Çalışkan (Türkiyə),  Bekjan Ayitkulov (Qazaxıstan), Baxtiyar Kalpayev, Meder Çotonov və Dastan Cumabekov (Qırğızıstan), türk əməkdaşlıq təşkilatlarının və akademik dairələrin nümayəndələri, eləcə də TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali çıxış ediblər.

Sessiyalara Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı və  Zeynep Yıldız, həmçinin Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi sədrinin müavini Murat Kazancı moderatorluq ediblər.

Panel sessiyalar parlament üzvləri arasında aktual məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması üçün imkan yaradıb. Müxtəlif fikirlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə TÜRKPA Gənc Parlamentarilər Qrupunun icraçı katibi Mirlan Usenkanov da iştirak edib.