Aybek Dadebay
Aybek Dadebay
Qazaxıstan Respublikası Qurultayının SədriQazaxıstanın TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri
1980-ci il aprelin 1-də Almatı şəhərində anadan olub. Ablay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetini beynəlxalq sənədşünaslıq ixtisası üzrə bitirib. Regionalşünaslıq üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə ali təhsil sahəsində Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin Beynəlxalq Turizmin İdarə Edilməsi kafedrasında müəllim kimi başlayıb.
Karyerasının əhəmiyyətli hissəsini dövlət qulluğuna və dövlət idarəçiliyi məsələlərinə həsr edib. Qazaxıstan Respublikası Parlamentinin Senatının Parlamentlərarası münasibətlər və beynəlxalq əməkdaşlıq şöbəsində ekspert vəzifəsində çalışıb, Senat sədrinin köməkçisi vəzifəsini icra edib.
2011–2013-cü illərdə Qazaxıstan Respublikasının BMT-nin Cenevrədəki Daimi Nümayəndəliyində attaşe və üçüncü katib vəzifələrində çalışıb.
Sonrakı illərdə dövlət idarəçiliyi sistemində rəhbər vəzifələrdə çalışıb. Qazaxıstan Respublikası Parlamenti Senatının Sədrinin Katibliyinə rəhbərlik edib, Qazaxıstan Respublikası Prezidentinin Dəftərxanası rəhbərinin müavini və Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin rəhbərinin müavini vəzifələrində çalışıb.
2022-ci ilin yanvar ayında Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin rəhbəri vəzifəsinə təyin edilib. Bu vəzifədə dövlət institutlarının səmərəliliyinin artırılmasına yönəlmiş genişmiqyaslı təşkilati və inzibati islahatların həyata keçirilməsinə rəhbərlik edib. 2024-cü ilin fevral ayından 2026-cı ilin may ayınadək Qazaxıstan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri vəzifəsində çalışaraq əsas dövlət islahatlarının və strateji təşəbbüslərin həyata keçirilməsini əlaqələndirib.
7 may 2026-cı il tarixindən «Adilet» Partiyasının sədridir.
28 avqust 2026-cı il tarixində Qazaxıstan Respublikası Qurultayının 1-ci çağırışının Sədri seçilib.
"Fövqəladə və səlahiyyətli elçi"- I dərəcəli diplomatik rütbəsinə malikdir.
Dövlət qulluğunda uzunmüddətli fəaliyyətinə və ölkənin inkişafına verdiyi töhfəyə görə «Qurmet» ordeni, «Parasat» ordeni, I dərəcəli «Barys» ordeni və «Eren Enbegi Ushin» (Əməkə görə) medalı ilə təltif edilib.