TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qazaxıstan Respublikası Günü münasibətilə TURKPA Baş katibinin təbrik mesajı

Qazaxıstan Respublikası Günü münasibətilə TURKPA Baş katibinin təbrik mesajı

Tarix
Baxış
68

Türk Dövlətləri Parlament Assambleyasının (TURKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan 25 oktyabr tarixində qeyd olunan Qazaxıstan Respublikası Günü münasibətilə qardaş Qazaxıstan xalqını və ölkə rəhbərliyini səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün Qazaxıstan xalqının öz suveren dövlətçiliyini qurmaq və möhkəmləndirmək yolunda nümayiş etdirdiyi birliyi, dözümlülüyü və sarsılmaz qətiyyəti təcəssüm etdirir. Ölkənin uzaqgörən rəhbərliyi altında Qazaxıstan dövlət institutlarının möhkəmləndirilməsi, hərtərəfli islahatların həyata keçirilməsi, dayanıqlı inkişafın təşviqi, habelə beynəlxalq arenada nüfuzunun və mövqeyinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.

Bu əlamətdar münasibətlə ortaq məqsəd və arzularımız naminə TURKPA-nın sıx və səmərəli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində əzmini bir daha təsdiq edirəm. Qardaş Qazaxıstan xalqına davamlı sülh, rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.

TÜRKPA Baş katibi  Ramil Həsən